Eşli Yanq "İnter"lə müqavilə bağladı

"İnter" "Mançester Yunayted"in futbolçusu Eşli Yanqı transfer edib.

Eşli Yanq
https://peyk.az

Peyk.az klubun saytına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Milan klubu iyunda ingilis müdafiəçi ilə daha bir il müqavilə bağlaya bilər. "Göy-qaralar" bu keçid üçün 1,5 milyon avro təzminat ödəyiblər.

Yanq "Mançester Yunayted"də 556 oyuna 77 qol vurub, 112 assist edib.