Eto’Odan afrikalılara gözlənilməz ittiham

Kamerun millisinin sabiq futbolçusu Samuel Eto’O “Qızıl top-2019” mükafatında Afrika qitəsinin  “Liverpul”un hücumçusu Sadio Maneyə az səs verməsindən narazı qalıb.

Eto’Odan afrikalılara gözlənilməz ittiham
https://peyk.az

Peyk.az xəbər verir ki, o, verdiyi müsahibədə bildirib ki, məhz bu səbəbdən Mane yarışmada 4-cü yeri tutub:

“Əgər Sadio “Qızıl top”u udsaydı, kimsə şikayət etməzdi. Çünki o, əla bir mövsüm keçirdiyindən bu mükafata layiq idi. Messi ona görə birinci oldu ki, ona bütün Cənubi Amerika səs verdi. Yaxud bütün Avropa dostcasına birləşib səsini van Deykə göndərdi. Afrikalılar isə Maneyə səs vermədi. Bu, böyük problemdir. Afrikalıların bir-biri ilə problemi yaranır. Biz özümüz etimadı doğrultmadıq. Əgər avropalılar və cənubi amerikalıların “Qızıl top”da hegemonluğuna son qoymaq istəyiriksə, biz afrikalılar birləşməliyik”.

Xatırladaq ki, Manenin 4-cü yeri tutduğu son “Qızıl top” yarışmasının qalibi “Barselona”lı Lionel Messi olub. “Liverpul”un müdafiəçisi Vircil van Deyk ikinci, “Yuventus”un hücumçusu Kritştiano Ronaldo isə üçüncü yeri tutub.