FHN əməkdaşı dünya rekordu qırdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Dünya Pauerliftinq Federasiyasının (WRP) Moskvada təşkil etdiyi dünya çempionatında uğurla çıxış ediblər.

FHN əməkdaşı dünya rekordu qırdı
https://peyk.az

FHN-dən bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov (75 kq) iki qızıl və bir gümüş medal qazanıb. O, iki hərəkətin cəmində 685,5 kiloqram qaldıraraq dünya çempionu olub. İdmançımız iki hərəkətin cəmində isə dünya çempionu adını qazanıb.

R.Xəlilov çempionatda yeni dünya rekordu müəyyənləşdirib. Yerdən qaldırmada 287,5, sinədən sıxma hərəkətində isə 173 kiloqramı ram edən idmançımız ümumilikdə 685,5 kiloqram nəticə ilə dünya rekordunu yeniləyib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Gülnarə Əliyeva isə Azərbaycanda keçirilən karate üzrə dünya kubokunda 55 kiloqram çəki dərəcəsində birinci yeri tutub.

G.Əliyeva Azərbaycan çempionu, üçqat Avropa və bir dəfə dünya çempionudur.