Fransa millisinin futbolçusu "Qalatasaray"dan ayrılır

"Qalatasaray" "transfer pəncərəsi"nin son günündə yarımmüdafiəçi Stiven Nzonzi ilə yollarını ayıracaq.

Fransa millisinin futbolçusu
https://peyk.az

Peyk.az-ın məlumatına görə, 32 yaşlı futbolçu İstanbul klubunun düşərgəsini artıq tərk edib.

"Cim-bom"un mövsümün sonuna qədər "Roma"dan icarəyə götürdüyü Fransa millisinin üzvü karyerasını ölkəsində davam etdirməyə hazırlaşır. "Renn"in maraq dairəsində olan Nzonzi Liqa1 klubu ilə danışığı yekunlaşdırmaq üçün Parisə yollanıb. Superliqa klubu da baş məşqçi Fatih Terimlə yola getməyən oyunçunu saxlamaqda maraqlı deyil.

Qeyd edək ki, Stiven Nzonzi bu mövsüm "Qalatasaray"ın heyətində 15 oyunda iştirak edib.