Gecə klubunda atışma: 2 ÖLÜ VAR

Texasda konsert zamanı atışma olub.

Gecə klubunda atışma: 2 ÖLÜ VAR
https://peyk.az

Peyk.az xəbər verir ki, San-Antonio şəhərindəki gecə klublarından birində baş verən hadisə nəticəsində 2 nəfər ölüb, 5-i yaralanıb.

Şəhər polis idarəsinin rəhbəri Uilyam Makmanus bildirib ki, mübahisənin qanlı olaya çevrilməsi zamanı ölənlər klubun daimi müştəriləri olub.

Polis cinayət yerindən qaçmağı bacaran şübhəlini axtarır. İstintaq davam edir.