Generalı öldürən “MQ-9 Reaper” - Ən yeni PUA haqqında bilmədiklərimiz

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ Prezidenti Donald Trampın əmriylə "MQ-9 Reaper" pilotsuz uçuş vasitəsindən atılan raket zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Generalı öldürən “MQ-9 Reaper” - Ən yeni PUA haqqında bilmədiklərimiz
https://peyk.az

Peyk.az generalın öldürülməsində istifadə edilən insansız hava vasitəsi haqqında məlumatları araşdırıb. Bildirək ki, 'MQ-9 Reaper" ABŞ Hava Qüvvətləri üçün istehsal edilmiş ən pilotsuz uçuş aparatıdır.  "MQ-9 Reaper" ilk uçuşunu 2001-ci ildə həyata keçirib. Bu modelin dəyişik və inkişaf etmiş növləri də var. Türkiyə də vaxtilə bu modeli Amerikadan tələb etmişdi, ancaq ala bilməmişdi. Hazırda isə Türkiyə özü bu modeldən istehsal edir. "MQ-9 Reaper" dən ABŞ-la yanaşı, İngiltərə, İtaliya, Fransa, İspaniya, Niderland və Hindistan da istifadə edir. 

Qeyd edək ki, İranın da eyni vasitəylə ABŞ-a cavab verəcəyi gözlənilir. Xatırladaq ki, Səudiyyə Ərəbistanın Aramko neft təsisləri də insansız hava raketləri vasitəsiylə vurulmuşdu. Zərbəyə cavab olaraq ABŞ-ın müdafiə sistemləri neft təsislərini qoruya bilməmişdi.