Gizli Süleymani əməliyyatı: yalnız 4 nəfərin xəbəri olub - Şok detallar

ABŞ Prezidenti Donald Tramp iranlı general Qasım Süleymanini dekabrın sonunda İraqda ABŞ hərbi bazasına edilən hücumdan sonra öldürmək qərarına gəlib.

Gizli Süleymani əməliyyatı: yalnız 4 nəfərin xəbəri olub - Şok detallar
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, bu hücum nəticəsində müqavilə əsasında xidmət edən bir amerikalı əsgər ölüb. Bundan sonra Tramp müşavirlərinə hava zərbələrini inkişaf etdirməyə başlamağı tapşırıb. Bu işlə milli təhlükəsizlik üzrə müşavir Robert O’Brayen, dövlət katibi Mayk Pompeo və vitse-prezident Mayk Pens məşğul olub.

Agentlik bildirib ki, planlar təhlükəsiz rabitə kanalları üzərindən müzakirə edilib, Ağ Evin digər əməkdaşları zərbələr barədə xəbərsiz olub.

Bir mənbə bildirib ki, ABŞ hərbçiləri Süleymanini birbaşa nəzarətdə saxlamayıblar. Tramp generalın Bağdadda hava limanında olması barədə kəşfiyyat məlumatları əldə etdikdən sonra zərbələr barədə qərar verib. Agentliyin digər iki mənbəsi isə Ağ Evin Süleymaninin Bağdada gəliş vaxtını dəqiq bildiyini və onun yolunu izlədiyini söyləyib.