“Gmail” yerləşdirilmiş sənədlərə məktublar əlavə etmək imkanı yaradıb

“Gmail” poçt xidməti yeni mesaja silsilə məktublar qoşmaq funksiyasını işə salıb. Bu barədə şirkətin bloqunda deyilir.

“Gmail” yerləşdirilmiş sənədlərə məktublar əlavə etmək imkanı yaradıb
https://peyk.az

 

“Gmail” komandası bildirib ki, bunu istifadəçilərin xahişi ilə ediblər: çox adam qeyd edir ki, bir çox hallarda  məktub əlavə etmək onları göndərməkdən daha asan olur.

Yeni mesaja mətbubu iki yolla əlavə etmək mümkündür: onları redaktə pəncərəsinə köçürmək və ya  “siçan”ın sağ düyməsi ilə məktublar silsiləsinin üzərinə basıb “Qoşmalara göndərmək” seçimini etmək.

Funksiya özü qoşulu olur, onu əlavə olaraq aktiv etməyə ehtiyac qalmır. Buraxılışı 9 dekabrda olan bu funksiyanın yanvar ayının ortalarına kimi istifadəçilərin ixtiyarına verilməsi gözlənilir.