Göygöldə “Niva” aşdı: Bacı öldü, qardaşı ağır yaralandı

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

Göygöldə “Niva” aşdı: Bacı öldü, qardaşı ağır yaralandı
https://peyk.az

Peyk.az redaktor.aza istinadən xəbər verir ki, qəza Topalhəsənli-Zurnabad yolunda qeydə alınıb

Belə ki, hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Qocayeva Gülnar Fazil qızı hadisə yerində ölüb.

Avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Qocayev Elnur Fazil oğlu xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.