Gürcü spikerdən xəbərdarlıq: Lavrov Gürcüstana gəlsə...

Əgər Lavrov Gürcüstana gəlsə, o zaman onu Tiflisdə etirazlar, hakim komandanın çox prinsipial siyasi bəyanatları qarşılayacaq.

Gürcü spikerdən xəbərdarlıq: Lavrov Gürcüstana gəlsə...
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Tiflisin gəlmə ehtimalını jurnalistlərə şərh edərkən deyib.

“Gürcüstan Avropa Şurasının sədrliyini qəbul edib və biz üzərimizə tədbirlərin keçirilməsi, o cümlədən Avropa Şurası nazirlər komitəsinin görüşünün təşkili ilə bağlı öhdəliklər götürmüşük. Əgər o Gürcüstana gəlsə, onu etirazla qarşılayacaqlar. Gürcüstanda onu həmçinin hakimiyyətin çox prinsipial bəyanatları gözləyəcək” – deyə o bildirib.

Qeyd edək ki, Gürcüstan AŞ-nın sədri kimi may ayında Avropa Şurası nazirlər komitəsi və üzv ölkələrinin nümayəndələrinin görüşünü keçirməlidir. İlkin məlumata görə, bu görüşdə Rusiyanı Lavrov təmsil edəcək.