Gürcüstanda hakimiyyət çevrilişi cəhdi – Saakaşviliyə şok ittiham

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) keçmiş prezident Mixail Saakaşvilini 2019-cu ilin yayında hakimiyyəti devirməyə cəhddə şübhəli bilir.

Gürcüstanda hakimiyyət çevrilişi cəhdi – Saakaşviliyə şok ittiham
https://peyk.az

Peyk.az xəbər verir ki, DİN-dən eks-prezident barəsində müvafiq ittiham üzrə cinayət işinin açıldığını bildiriblər.

Məlumatda bildirilib ki, eks-prezident Mixail Saakaşvili yanvarın 12-də “Mtavari Arxi” telekanalına verdiyi müsahibədə 20-21 iyun 2019-cu il tarixlərində Tiflisdə baş verən iğtişaşlarda müxalifət liderləri və tərəfdarlarını dövlət çevrilişinə çağırdığını etiraf edib.

Saakaşvilinin müsahibədə “Hökuməti devirmək mümkün oldu, amma bu an əldən verildi” ifadələri hüquq-mühafizə orqanları tərəfindən dövlət çevrilişinə cəhd kimi qiymətləndirilib. Qeyd edilib ki, iyunun 20-də hökuməti devirmək cəhdinin birbaşa Saakaşvilinin iştirakı və rəhbərliyi ilə həyata keçirildiyinə şübhə üçün kifayət qədər əsas var.

DİN Mixasil Saakaşvilinin açıqlamaları ilə əlaqədar müvafiq istintaq işinin aparılacağını və hüquqi qiymət veriləcəyini bildirib.