Gürcüstanda qrip virusunun yayılması artıb

"Gürcüstanda ambulator xəstələrdə qrip virusunun yayılması ötən həftə ilə müqayisədə artıb”.

Gürcüstanda qrip virusunun yayılması artıb
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə 100 min nəfərə 220 qripə yoluxma halı düşür: "Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici kifayət qədər aşağıdır”.

P.İmnadze qeyd edib ki, Gürcüstanda qrip mövsümünün aprel ayının əvvəlinə qədər davam edəcəyi gözlənilir.