Həbsxanada kütləvi dava: 16 ölü

Meksikanın Sakatekas ştatının Menli Sosial Reinteqrasiya Regional mərkəzinin məhbusları arasında baş verən kütləvi dava nəticəsində 16 nəfər ölüb, 5 nəfər yaralanıb.

Həbsxanada kütləvi dava: 16 ölü
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Sakatekas Ştanının Təhlükəsizlik İdarəsi Tvitterdə məlumat yayıb.

Münaqişədən sonra hadisə yerindən 4 ədəd odlu və çox sayda soyuq silah aşkar edilib.