Hərbi hissəyə SİLAHLI HÜCUM: Müdafiə Nazirliyinin əməkdaşları öldü

ABŞ-ın Havay ştatındakı Perl-Harbor limanında silahlı hücum baş verib.

Hərbi hissəyə SİLAHLI HÜCUM: Müdafiə Nazirliyinin əməkdaşları öldü
https://peyk.az

Peyk.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlər Müdafiə Nazirliyinin əməkdaşları olub.

Təhlükəsizlik Qüvvələri dərhal hərəkətə keçib. Lakin cinayətkar özünü öldürüb.

Liman ABŞ Hərbi Hava Qüvvələri və donanma qoşunlarının ortaq istifadəsindədir.

Qeyd edək ki, Perl-Harbor 7 dekabr 1941-ci ildə Yaponiya tərəfindən hücuma məruz qalmış, ABŞ-ın II Dünya Müharibəsinə girməsinə səbəb olmuşdu.

Hadisənin tarixi hücumun ildönümünə yaxın zamanda baş verməsi diqqət çəkir.