Haftar Moskvadan qaçdı: “Sonrasını Putin bilir” – Ərdoğandan kritik açıqlama

“Türkiyə müdaxilə etməsəydi, bu gün Haftar ölkəni ələ keçirib xalqa zülm verirdi. Liviyada atəşkəsin elan olunması üçün böyük səylər göstərdik. Dünən Moskvada keçirilən görüşdə Tripolidəki hökumət olduqca sülhsevər bir davranış sərgilədi”.

Haftar Moskvadan qaçdı: “Sonrasını Putin bilir” – Ərdoğandan kritik açıqlama
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident qiyamçı general Xəlifə Haftarın sülh müqaviləsini rədd edərək Moskvadan getməsinə də münasibət bildirib:

“Tripolidəki hökumətin qardaşlıq əli uzatmasına baxmayaraq, Haftar atəşkəs sazişi imzalamaq istəmədi. Əvvəlcə “bəli” dedi, amma təəssüf ki, sonra Moskvadan qaçdı. Amma bizim nümayəndə heyəti verdiyi vədə dürüst olaraq, həmin sazişi imzaladı. Bundan sonrasını Putin özü bilir