Haftarın sağ əli Türkiyəni təhdid etdi: “Tripoli sahillərində...”

Liviyanın qiyamçı generalı Haftarın sözçüsü Türkiyəni təhdid edib.

Haftarın sağ əli Türkiyəni təhdid etdi: “Tripoli sahillərində...”
https://peyk.az

Peyk.az xəbər verir ki, Liviya Milli Ordusunun sözçüsü Əhməd əl-Mismari Türkiyənin mümkün hərbi müdaxiləsi və Zuveytinada olan neft mədəninin Milli Barış Hökumətinə (MBH) maliyyə vəsaiti gətirməsi haqda danışıb.

Türkiyənin MBH-nin köməyinə hərbçi göndərməsi haqda danışan Mismari bəyan edib ki, Tripoli sahillərində türk əsgərinin sonu gələcək.

O, əlavə edib ki, neft limanlarını bağlayan Liviya xalqı haqlıdır: “Biz onları qorumalıyıq”.

Liviya Milli Ordusunun Komandanlığı isə yaydığı açıqlamada bəyan edib ki, Türkiyə Liviyadakı atəşkəsi pozub, dəniz və hava nəqliyyatı vasitəsilə ölkəyə daha çox suriyalı terrorçu və silah göndərib.