Haftarla bir stol arxasına oturmaram - Ərdoğan

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarla danışıqlar stoluna oturmayacağam.

Haftarla bir stol arxasına oturmaram - Ərdoğan
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mən Putinə dərhal dedim ki, biz vasitəçilik rolunu qəbul etmirik. Putin də Haftarı öz öhdəsinə götürdüyünü dedi və mənə bu problemi həll etmək üçün Sərracla işləməyi təklif etdi. Ümumiyyətlə, mən nə terrorçu ilə bir stol arxasına oturaram, nə də ona oturmağa imkan verərəm”, - Ərdoğan bildirib.