Hakim oyunçuya eyni anda üç vərəqə göstərdi - Video

İngiltərə futbolunda dünyada nadir hallarda rast gəlinən hadisə baş verib.

Peyk.az xəbər verir ki, İngiltərə non liqasında keçirilən "Qarfort Taun" - "Bridlinqton" matçında  birincilərin müdafiəçisi Aleks Lou eyni anda iki sarı vərəqə və qırmızı vərəqə alıb. Belə ki, hücum zamanı A.Lou rəqib oyunçuya qarşı sərt oynasa da, hakim hücumu davam etdirib. Bu zaman o, növbəti dəfə sərt oyunu isə seçilib.

Bundan sonra hakim oyunu dayandırıb və futbolçuya etdiyi hərəkətlərə görə iki sarı vərəqə və qırmızı vərəqə göstərib.