Hande Erçeldən gözlənilməz qərar

Ən son "Azize" adlı serialda aktyor Buğra Gülsoy ilə baş rolları paylaşan aktrisa Hande Erçel sevənlərin kədərləndirəcək bir qərar qəbul edib.

Hande Erçeldən gözlənilməz qərar
https://peyk.az

Peyk.az xəbər verir ki, "Güneşin Kızları" serialından sonra tanınan, "Aşk Laftan Anlamaz"dan sonra isə ulduzu parlayan aktrisanın rol aldığı digər seriallar reytinq qurbanı olub.

İmkansız bir eşq mövzusunda çəkilmiş "Azize" serialının da yayımının dayandırımasından sonra Erçel bir müddət ekrandan uzaq düşmək istədiyini bildirib. O, yaxın vaxtlarda nə serial, nə də filmlərdə çəkilmək istədiyi söyləyib.