Haqlı olduğumuzu sübut etməliyik - Matviyenko

Rusiya Federasiyasının idman vəkilləri Dünya Antidopinq Agentliyinin (VADA) İcraiyyə Komitəsinin Rusiya yığmasını 4 il müddətinə idman yarışlarından kənarlaşdırmaq qərarından şikayət etmək üçün yaxın vaxtlarda İdman Arbitraj Məhkəməsinə (CAS) iddia ərizəsi təqdim edəcəklər.

Haqlı olduğumuzu sübut etməliyik - Matviyenko
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə müsahibəsində bildirib.

“Aydın məsələdir ki, biz bu qərarla razılaşa bilmərik. Yaxın vaxtlarda idman vəkilləri CAS-a iddia ərizəsi verəcəklər. Haqlı olduğumuzu məhkəmədə sübut etməliyik”, - Matviyenko qeyd edib.