Hicran Hüseynovanın vəzifəsi ona tapşırıldı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova seçkiyə görə vəzifəsinin icrasını dayandırıb.

Hicran Hüseynovanın vəzifəsi ona tapşırıldı
https://peyk.az

Peyk.az-ın əldə etdiyi məlumata görə, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olan Hicran Hüseynova parlament seçkilərinə qatıldığı üçün məzuniyyətə çıxıb. Onun vəzifəsinin icrası isə Komitə sədrinin müavini Aynur Sofiyevaya tapşırılıb.

Xəbəri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.