Hindistanda etiraz aksiyaları davam edir.

Hindistanda müsəlman olmayan miqrantlara vətəndaşlıq verilməsini asanlaşdıran, lakin müsəlmanları bu haqdan məhrum edən qanuna qarşı baş qaldıran etiraz aksiyaları davam edir.

Hindistanda etiraz aksiyaları davam edir.
https://peyk.az

Peyk.az xəbər verir ki, 9 dekabrdan bəri tüğyan edən aksiyalarda bu günə qədər 25 nəfər həlak olub, çox sayda yaralı var.

5 min 558 nəfər saxlanılıb, onlardan 113-ü həbs edilib.

Qeyd edək ki, qanuna görə, Pakistan, Banqladeş və Əfqanıstanda dini təzyiqlərdən qaçan buddist, fars, hindu, siqh, yəhudi və xristianlar şəxsiyyətlərini və 6 ildən uzun müddət ərzində yaşadıqlarını təsdiq edə bilsələr, vətəndaşlıq əldə edəcəklər. Eyni durumdakı müsəlmanlar isə bundan kənar qalacaq.

Qanun dünyada ən çox müsəlman əhaliyə sahib ikinci ölkə olan Hindistanda 200 milyon müsəlmanı ikinci sinif vətəndaş mövqeyinə gətirmək və bir çoxunu vətənsiz qoymaq məqsədilə qəbul edilmiş kimi dəyərləndirilir.