Holand "Borussiya"da - Rəsmi

"Zalsburq"un futbolçusu Erlinq Holand “Borussiya”ya keçib.

Holand
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçu ilə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, norveçli forvard bu mövsüm Çempionlar Liqasında 8 qol vurub. O, yalnız “Bavariya”nın hücumçusu Robert Levandovskidən (10) geri qalır. Gənc hücumçu ilə “Mançester Yunayted” də maraqlanırdı.