İƏT-dən Trampa – Gözlənilməz zərbə

İslam Əməkdaşlıq Təşkilatı ABŞ Prezidenti Donald Trampın hazırladığı “Yaxın Şərq sülh planı”nı rədd etdiyini açıqlayıb.

İƏT-dən Trampa – Gözlənilməz zərbə
https://peyk.az

Peyk.az xəbər verir ki, İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Fələstin məsələsinin hələ də qurumun əhəmiyyətli məsələsi olduğunu bəyan edib.

O, Fələstin xalqının tələblərinə cavab verməyən, sülh yolu ilə tənzimlənmə və beynəlxalq hüquqa qarşı olan hər hansı bir addımı qəbul etməyəcəklərini söyləyib: “Sülh, sabitlik və ədalətin təmin edilməsini hədəfləyən, beynəlxalq qanuni qərarlarla Ərəb Sülh Təşəbbüsünə əsaslanan səylərə sadiq olduğumuzu bir daha təkrar edirik”.

Baş katib beynəlxalq hüququn aliliyini qoruyan və bölgədə ədalətli və hərtərəfli sülhü təmin edən Fələstin məsələsində beynəlxalq siyasi həll yollarını və səylərini dəstəklədiklərini vurğulayıb.