İki azyaşlı uşağını aeroportda atıb qaçdı - VİDEO

Ötən gün Moskvanın Şerementyevo aeroportunda nəzarətsiz qalan beş və yeddi yaşlarında oğlan uşaqları tapılıb.

Balacaların üzərinə baxış zamanı valideyni tərəfindən yazılan məktub aşkar edilib. Viktor Qavrilov adlı ata uşaqlarını saxlamağa pulunun olmadığını yazıb. Valideyn məktubun içinə pasportunu və uşaqların sənədlərini də qoyub.

Lenta.ru məlumat verir ki, hüquq-mühafizə orqanları atılmış uşaqların anasını da tapıb. Ana bildirib ki, hadisədən xəbərsizdir və ailəsindən ayrı yaşayır.

Aeroport əməkdaşları uşaqları danışdırarkən məlum olub ki, ataları tərəfindən atılmaları ilk dəfə deyil.

Hadisədən xəbər tutan Moskva vilayətinin qubernatoru Andrey Vorobyov uşaqlara baş çəkərək onların yemək və psixoloji yardım məsələsini öz üzərinə götürüb.

Qubernator azyaşlı uşaqlarını atan V.Qavrilova iş tapmaqda köməklik edəcəyinə söz verib.