“Instagram”da çoxdan gözlənilən funksiya aktivləşdiriləcək

Artıq “Instagram”ın mobil versiyasındakı “Direct” mesajlaşma funksiyasından veb versiyasında da istifadə etmək mümkün olacaq.

“Instagram”da çoxdan gözlənilən funksiya aktivləşdiriləcək
https://peyk.az

Bu barədə ictimaiyyətə sosial şəbəkə rəhbərliyi  məlumat verib.

Qeyd edək ki, hazırda sınaq mərhələsində olan funksiya “Instagram”ı internet üzərindən istifadə edənlərin ən çox gözlədiyi yeniliklərdən biridir.

Test edilmiş xüsusiyyət istifadəçilərə hər hansı brauzer üzərindən mesaj göndərməyə imkan verəcək.

Əgər sınaqlar uğurla başa çatarsa, onda funksiyadan hamı istifadə edə biləcək.