"Instagram"dan ən çox qazanan şəxslər açıqlanıb

Futbolçu Kriştianu Ronaldu 2019-cu ildə “Instagram” hesabı vasitəsilə ən çox qazanan şəxs olub.

https://peyk.az

Peyk.az xəbər verir ki, Ronaldu “Buzz Bingo” şirkətinin hazırladığı sosial şəbəkənin ən varlı ulduzları siyahısına liderlik edib.

Məlumata görə, portuqaliyalı futbolçu 38.2 milyon funt sterlinq qazanıb. hər sponsor paylaşımı Ronalduya orta hesabla 780 min funt sterlinq gəlir gətirib.

Siyahının ikinci pilləsində argentinalı ulduz Lionel Messi qərarlaşıb. 2019-cu ildə Messinin “Instagram” paylaşımları ona 18.7 milyon funt sterlinq qazandırıb.

İlk üçlüyə amerikalı supermodel Kendal Cenner də daxil olub. O, sosial şəbəkə vasitəsilə 12.7 milyon funt sterlinq əldə edib.

Ən zəngin “Instagram” ulduzları arasında, həmçinin, futbolçular Devid Bekhem, Neymar, müğənni Selena Qomez, model Kayli Cennerin də adları qeyd olunub.