iPad Pro 2020-nin render fotosu ortaya çıxdı

iPad Pro 2020-nin render fotosu ortaya çıxdı
https://peyk.az

Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, gələn ilin mart ayında Apple şirkəti yeni iPad Pro modelini təqdim edəcək. İndi isə internetdə həmin iPad Pro modelinin render fotosu ortaya çıxıb. Render fotonu isə OnLeaks ləqəbi ilə tanınan məşhur insayder təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə render fotodan da görmək olar ki, iPad Pro 2020 modeli iPhone 11 Pro kimi üç arxa kamera moduluna sahib olacaq.

    Kameraların yerləşmə tərzi də iPhone 11 Pro-dakı kimi olacaq. Gözləntilərə əsasən iPad Pro 2020-nin ölçüləri 2018-ci ildə satışa çıxmış iPad modellərinin ölçüləri ilə eyni olacaq. Lakin üçlü arxa kamera nəticəsində gələn ilki iPad Pro-nun gövdəsini bir qədər qalın hazırlamaq lazım gələcək. Bununla yanaşı yeni iPad Pro modelində A13X prosessorundan istifadə də istisna deyil. Belə ki, şirkət öz çiplərini adətən payız fəslində təqdim edir və növbəti iPad modellərində işlədir.