İrəvan dalanda: Daha “hoppana” bilməyəcəyik - Abovyan

Ermənistan sərhəddinə İrandan 1 milyon qaçqın gəlsə, dövlətimiz çökər. Görəsən, bu barədə hakimiyyət düşünürmü? Biz artıq “bu budaqdan o budağa hoppanmaq” siyasəti ilə davam edə bilmərik.

İrəvan dalanda: Daha “hoppana” bilməyəcəyik - Abovyan
https://peyk.az

Peyk.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin üzvü Arman Abovyan deyib.

O vurğulayıb ki, əgər əvvələr Ermənistan hakimiyyəti ABŞ ilə Rusiya arasında ikili siyasət apara bilirdisə, İran mövzusundan sonra belə davam etmək mümkün olmayacaq.

“Biz artıq bir yol seçməliyik. Əks təqdirdə vəziyyət faciəvi həddə gəlib çıxa bilər. Regionda baş verən hadisələrdən sonra biz ABŞ ilə isti münasibətləri və eyni zamanda İran ilə iqtisadi əməkdaşlığı saxlaya bilməyəcəyik. Mən bizim xarici siyasətə cavabdeh insanların məntiqini başa düşə bilmirəm. Bu günə qədər yürütdüyümüz neytrallıq və “bu budaqdan o budağa hoppanmaq” siyasətini davam etdirmək çətin olacaq”, - deyə Abovyan qeyd edib.