İrəvan tabut hazırlığında: Daha bir düşmən muzdlusu vuruldu...

İrəvan tabut hazırlığında: Daha bir düşmən muzdlusu vuruldu...
https://peyk.az

Peyk.az erməni mediasına istinadən xəbər verir ki, bu gün Ermənistan ordusunda müqavilə əsasında xidmət edən muzdlu Artur Mejlumyan güllə yarası alıb.

 Bəzi erməni saytları muzdlu hərbçinin snayper, bəziləri isə ov tüfəngindən açılan atəş nəticəsində yaralandığını bildirib. Yaralı düşmən hərbçisi xəstəxanaya çatdırılsa da, vəziyyətinin ağır olduğu vurğulanır.

 Məlumat üçün qeyd edək ki, son vaxtlar erməni ordusunda ölüm halları gündəlik xidmət prosesinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bu gün yaralanan düşmən hərbçisinin yaralanma şəraiti ilə bağlı məlumat verilməsə də, onun Ermənistan ordusu  daxilindəki anrxiya və özbaşınalığın qurbanı olduğu ehtimal edilir.

 Görünən odur ki, bu gedişlə İrəvan tabut istehsalını artırmalı olacaq. Çünki Ermənistan ordusundakı acınacaqlı durumun getdikcə dərinləşməkdə olduğunu nəzərə alsaq, düşmən ordusunda ölüm halalrının artacağı ehtimalı yetərincə böyükdür.