İrəvandan Tehrana uçuşlar ləğv edildi – Qərar

Ermənistan Hava Yolları bu günə olan Tehran-İrəvan reysini ləğv edib.

İrəvandan Tehrana uçuşlar ləğv edildi – Qərar
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə “Armenia Eyrveys”in Feysbuk səhifəsində məlumat yayılıb.

“Məlumat veririk ki, “Armenia Eyrveys”in yanvarın 12-nə planlaşdırdığı AMW111/112 İrəvan-Tehran-İrəvan reysi təhlükəsizlik səbəbindən ləğv edilir”, - məlumatda qeyd olunub.

Məlumatda bildirilib ki, sərnişinlər şirkətin ofislərinə müraciət edərək biletlərini başqa vaxta dəyişə bilər.