İran ABŞ-ın 35 hədəfini müəyyən etmişik

İranlı general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İran əli çatdığı hər yerdə amerikalıları cəzalandıracaq.

İran ABŞ-ın 35 hədəfini müəyyən etmişik
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu İslam İnqilabi Keşikçiləri Korpusunun Kirman əyalətindəki komandiri Qulaməli Əbuhəmzə deyib.

O, Hörmüzdə ABŞ gəmilərinə hücum ehtimalı olduğunu bildirib:

"Hörmüz boğazı Qərb üçün əhəmiyyətli nöqtədir və çox sayda ABŞ hərbi gəmisi oradan keçir. Bölgədəki ABŞ hədəfləri uzun müddətdən bəridir İran tərəfindən təsbit edilib. ABŞ-a məxsus 35 hədəfi müəyyən etmişik".