İran ABŞ-la danışıqları dayandırdı

“Amerikalılara güvənmirik, Vaşinqton və Tehran arasında heç bir müzakirə olmayacaq”.

İran ABŞ-la danışıqları dayandırdı
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu İranın dini lideri Əli Xameneyinin müşaviri, keçmiş müdafiə naziri Hüseyn Dehqan deyib.

İranlı general ABŞ-ı bölgədə dağıdıcı fəaliyyət göstərməkdə ittiham edib:

“ABŞ İraqın neft sahələrini ələ keçirmək üçün müxtəlif üsullardan istifadə edir. ABŞ-İran münasibətlərinə gəlincə, amerikalılara güvənmirik, Vaşinqton və Tehran arasında müzakirə olmayacaq”.