İran barış təklifini rədd etdi, ABŞ-ı yenidən vuracaq - Bu ölkələri də hədələdi

ABŞ prezidenti Donald Tramp barışıq əli uzatsa da, İran tərəfi Qasım Süleymaninin intiqamının tamamlanmadığını açıqlayıb.

İran barış təklifini rədd etdi, ABŞ-ı yenidən vuracaq - Bu ölkələri də hədələdi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvəlirinin Baş Qərargah sözücüsü, briqada generalı Əbülfazi Şikarçı bildirib. O qeyd edib ki, ABŞ-ın İraqdakı bazalarına raket hücumunu intiqamın tamamı olaraq görmürlər:

"Bu hücumları tam intiqam saymırıq. Əsl qisas o səviyyədə olacaq ki, amerikalılar bölgədən getməli olacaqlar. 

ABŞ-ın etirbarlı müdafiə sistemi yoxdur, raketlərimizin hədəfə dəyməsinin qarşısını ala bilməyiblər. Hesab edirəm ki, bu ABŞ-ın dəstəkçisi olan region ölkələrinə dərs olmalıdır".