İran Britaniya tankerini azad edir

İran Britaniya tankerini azad edir
https://peyk.az

İran tərəfindən Hörmüz boğazında saxlanılan "Stena İmpero" tankeri bu gün sərbəst buraxıla bilər.

Peyk.az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi tankerin məxsus olduğu şirkətə istinadən informasiya yayıb.

Şirkət gəminin yaxın saatlarda azad ediləcəyini qeyd edib.

"Anladığımıza görə, gəminin azad edilməsi ilə bağlı siyasi qərar qəbul edilib. Biz gəminin İranın ərazi sularından çıxmasını istəyirik", - şirkətdən bildirilib.