İrana qarşı əməliyyat: Məşhur komandir öldürüldü

İraqda İranla bağlı növbəti əməliyyat keçirilib.

İrana qarşı əməliyyat: Məşhur komandir öldürüldü
https://peyk.az

Peyk.az xəbər verir ki, bu ölkədə fəaliyyət göstərən şiə hərbi qruplarından birinin lideri olan Talib Abbas Əli əl-Səidi öldürülüb.

İraq şiələrinin “Xalq Səfərbərlik Qüvvələri”nin komandiri olan Talib Abbas Əli əl-Səidi Bağdaddan 90 kilometr məsafədəki Kərbala şəhərində naməlum silahlıların həyata keçiriyi əməliyyat nəticəsində öldürülüb, lakin əməliyyatın təfərrüatları barədə məlumat yoxdur.

Talib Abbas Əli əl-Səidi “Xalq Səfərbərlik Qüvvələri”nə bağlı Kərbala briqadasının komandiri idi. Bu silahlı qruplaşma İraqda ABŞ qüvvələrinə qarşı tez-te hücumlar təşkil edir.

İraqdakı yaxşı silahlanmış "Xalq Səfərbərlik Qüvvələri" İranın Qüds briqadası tərəfindən dəstəklənir.