İranda jurnalistlər bunu etiraf edərək, istefa verir - Şok səbəb

İranın dövlət informasiya xidmətlərində çalışan jurnalistlər yalan informasiya yaydıqlarına görə üzr istəyərək, KİV-dən uzaqlaşdıqlarını açıqlayıblar.

İranda jurnalistlər bunu etiraf edərək, istefa verir - Şok səbəb
https://peyk.az

Peyk.az xəbər verir ki, bu məlumatı “Foks Nyus” yayıb. Televiziya jurnalistlərin istefasının ölkədə baş verən etirazlar fonunda baş verdiyini bildirib.

Jurnalistlərdən biri öz İnstaqram səhifəsində istefadan öncə paylaşım edib:

“Mənə insanlarımızın öldürülməsinə inanmaq çox çətin idi. Məni 13 il danışdığım yalanlara görə bağışlayın”.

Lakin sonradan bu jurnalist statusunu silib.

Oxşar bəyanatla bir sıra teleaparıcıların da çıxış etdiyi və istefaya getdikləri qeyd edilib.