İranda nüvə stansiyasının yerləşdiyi ərazidə güclü zəlzələ baş verdi

İranda nüvə stansiyasının yerləşdiyi Buşehr vilayətində güclü zəlzələ baş verib.

İranda nüvə stansiyasının yerləşdiyi ərazidə güclü zəlzələ baş verdi
https://peyk.az

Peyk.az İrna agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların təsiri rixter cədvəli üzrə 4,7 bal gücündə olub. Zəlzələnin episentri Borazcan şəhərində yerin 10 kilometr dərinliyində yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bölgəyə çox sayda xilasedici cəlb edilib.