İranda qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı

İranda qəzaya uğrayan Ukrayna hava yollarına məxsus “Boeing 737” tipli təyyarə raketlə vurulmayıb.

İranda qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı
https://peyk.az

Peyk.az IRNA-ya istinadən xəbər verir ki, qəzaya səbəb təyyarənin motorunun alovlanması olub.

İranın Yol və Şəhərsalma Nazirliyinin rabitə və informasiya mərkəzinin direktoru Qasim Biniyaz bildirib ki, təyyarə raketlə vurulsaydı, havada partlayardı: “Hadisə motorun alovlanması və pilotun nəzarəti ələ keçirməsində uğursuzluq nəticəsində baş verib”.

İran Təcili Yardım Qurumunun sədri Pir Hüseyn Kulivənd təyyarədəki sərnişinlərdən 147-nin İran vətəndaşı, digərlərinin isə xarici ölkə vətəndaşları olduğunu söyləyib.

Tehran Böhran İdarəetmə meneceri Mənsur Dərəcati təyyarənin “qara qutu”sunun tapıldığını və hüquq-mühafizə orqanlarına təhvil verildiyini açıqlayıb.