İrandakı zəlzələlərin səbəbkarı ABŞ-dır - Şok iddia

ABŞ və İran arasındakı gərginlik bir çox iddiaların da ortaya çıxmasına səbəb olub.

İrandakı zəlzələlərin səbəbkarı ABŞ-dır - Şok iddia
https://peyk.az

Peyk.az xəbər verir ki, İranın gecə saatlarında ABŞ-ın İraqdakı 2 bazasını vurmasının ardından ölkədə ard-arda baş verən zəlzələlər sosial şəbəkələrdə Vaşinqtonun HAARP sistemini işə salması ilə bağlı iddiaların yenidən yayılmasına səbəb olub.

HAARP nədir?

Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı ya da qısa adı ilə HAARP ABŞ ordusu, ABŞ donanması və Alyaska Universiteti tərəfindən İonosfer təbəqəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə Alyaskada aparılan birgə araşdırma proqramıdır. Bu fikri ilk dəfə serbiya əsilli amerikalı alim Nikola Tesla irəli sürüb.

HAARP silahı süni şəkildə zəlzələ, sunami yaratmaq və havanın temperaturunun kəskin artırılması üçün istifadə edilən tektonik silah hesab edilir. Zəlzələdən silah kimi istifadə edilməsi fikri bəzi ölkələr tərəfindən qəbul edilməsə də bu fərziyyə hələ də müzakirə edilir.

Qeyd edək ki, gecə saatlarında İran ordusu ABŞ-ın İraqda yerləşən əl-Əsəd və Ərbil bazalarına raket zərbələri endirib. Bunlardan biri də ABŞ prezidenti Donald Trampın qoşunları İraqdan çəkmək qarşılığında rəsmi Bağdaddan pul istədiyi hava bazasıdır.