İrandan ABŞ-a XƏBƏRDARLIQ: "Zarafatımız yoxdur, vuracağıq"

“Zarafatımız yoxdur. Dəvətsiz qonaqları vuracağıq”.

İrandan ABŞ-a XƏBƏRDARLIQ:
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu İran ordusunun İslam Respublikası Koordinator köməkçisi və İran Donanması İslami Dəniz Qüvvələrinin sabiq komandanı Həbibullah Səyyari deyib.

Rusiya, Çin və İranın Hind okeanında hərbi təlimlərə başlamasından 1 gün əvvəl ABŞ Müdafiə Nazirliyinin verdiyi “bölgəni yaxından izləyirik” açıqlamasını cavablandıran komandan təlim bölgəsinə casusluq məqsədilə yaxınlaşacaq potensial düşmənlərə xəbərdarlıq edib: “Bu, ortaq savaş oyunudur və zarafat deyil. Bir çox ölkə burada nə baş verdiyini bilmək istəyir. Casusları da hərəkətə keçib. Daha əvvəl belə bir potensiala sahib olduğumuzu sübut etdiyimiz kimi yenə casus gəmi və təyyarələri vuracağıq”.