İrandan Avropaya NÜVƏ XƏBƏRDARLIĞI

Avropa uyğunsuz davranışlarını davam etdirib nüvə sənədini BMT-yə göndərərsə, İran Nüvə silahının yayılmasının qarşısının alınması müqaviləsindən çıxacaq.

İrandan Avropaya NÜVƏ XƏBƏRDARLIĞI
https://peyk.az

Peyk.az xəbər verir ki, İranın Xarici İşlər naziri Cavad Zərif belə bəyanatla çıxış edib. O bildirib ki, nüvə sazişinin davam etdirilməsi üçün Avropa ölkələri vədlərinə əməl etməlidir.

Qeyd edək ki, Avropa ölkələri İranın Nüvə silahının yayılmasının qarşısının alınması müqaviləsininin şərtlərini pozduğunu irəli sürür. Bu səbəbə görə, İranla bağlı BMT-nin Təhlükəsizlik Şurasına hesabatın təqdim ediləcəyi gözlənilir.