İrandan qəzaya uğrayan təyyarə ilə bağlı gözlənilməz addım

İranda qəzaya uğrayan Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin qara qutusu “Boeing” şirkətinə təqdim edilməyəcək.

İrandan qəzaya uğrayan təyyarə ilə bağlı gözlənilməz addım
https://peyk.az

Peyk.az xəbər verir ki, İran Mülki Aviasiya şirkətindən belə açıqlama verilib. Bildirilib ki, “qara qutu” barədə lazımi təhqiqatlar iranlı mütəxəssislər tərəfindən aparılacaq.

Xatırladaq ki, Tehran-Kiyev marşrutu üzrə uçan layner İmam Xomeyni adına beynəlxalq hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb. Nəticədə göyərtədə olan 166 sərnişin və 10 heyət üzvünün hamısı həyatını itirib. İran tərəfi qəzanın texniki səbəblərdən baş verdiyini bildirib.