İranın Bakıdakı səfirliyinin binasında tüstülənmə: Ciddi hadisə olmayıb

İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyidəli Musəvi səfirlik binasından baş verən tüstülənmə ilə bağlı faktı təsdiqləyib.

İranın Bakıdakı səfirliyinin binasında tüstülənmə: Ciddi hadisə olmayıb
https://peyk.az

O, bildirib ki, tüstülənmənin qarşısı alınıb:

“Ciddi heç bir hadisə baş verməyib. Binada elektrik naqillərində yaşanan qısaqapanmaya görə tüstülənmə olub. Təhlükəsizlik məqsədilə FHN-nin Yanğından Mühafizə xidmətinə müraciət edilib. Dərha əraziyə gələn əməkdaşlar vəziyyəti nəzarətə götürüb. Artıq hər şey qaydasındadır”.

Qeyd edək ki, bu gün axşam saatlarında isə binada yüngül tüstülənmə olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Hazırda baş verən tüstülənmənin qarşısının alınması istiqamətində işlər görülür.

İlkin məlumatlara görə, tüstülənməyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Binanın 3-cü mərtəbəsində təxminən, 14 kv/m ərazi yanıb.