İRANIN BMT-DƏKİ NÜMAYƏNDƏSİ: AYƏTULLAHIN MÜQƏDDƏS ƏMRİ VAR NÜVƏ SİLAHI...

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançi Tehranın nüvə silahına sahibi olmaq niyyətində olmadığını açıqlayıb.

İRANIN BMT-DƏKİ NÜMAYƏNDƏSİ: AYƏTULLAHIN MÜQƏDDƏS ƏMRİ VAR NÜVƏ SİLAHI...
https://peyk.az

PBS telekanalının məlumatına görə, Təxt-Rəvançi ölkənin ali dini lideri ayətullah Əli Xameneinin nüvə silahına sahib olmağı qadağan edən “açıq və müqəddəs əmri”nin olduğunu bildirib.

Təxt-Rəvançi, həmçinin, ölkənin müdafiə doktrinasında bu cür silaha yer olmadığını da qeyd edib.

“Biz nüvə silahına sahib olmaq arzusunda deyilik”, - diplomat qeyd edib.