“İranın təlimatları ilə bağlı əlimizdə kəşfiyyat məlumatı var” - Mayk Pens

İran İraqdakı milislərə ABŞ hədəflərinə qarşı hərəkətə keçməmək mesajı göndərdiyinə dair Vaşinqton administrasiyası kəşfiyyat məlumatları əldə edib.

“İranın təlimatları ilə bağlı əlimizdə kəşfiyyat məlumatı var” - Mayk Pens
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens CBS Nyus televiziya kanalına müsahibəsində deyib.

“Yaxın Şərqdə olan əsgərlərlə əlaqəsi olan hər kəs narahatdır. İndi daha təhlükəsiz vəziyyətdəyik” sualına cavabında Pens bildirib ki, Prezident Trampın Qasım Süleymaninin öldürülməsi yönündə orduya təlimat verməsindən əvvəlki durumla müqayisədə indi daha güvəndə olduğumuza inanır.