İraqdan xəbərdarlıq: “Geri addım atmayacağıq”

Hökumət parlamentin ABŞ və digər xarici qüvvələrin ölkədən çıxarılması üçün aldığı qərardan geri addım atmayacaq.

İraqdan xəbərdarlıq: “Geri addım atmayacağıq”
https://peyk.az

“Haber Global”ın məlumatına görə, bu sözləri İraq hökumətinin mətbuat katibi Vilyam Verde deyib.

Mətbuat katibi həmçinin İraq hökumətinin ABŞ-la İŞİD-lə mübarizə məqsədilə yeni müqavilə imzalaması və ABŞ hərbçilərinin ölkədə saxlanacağı ilə bağlı iddialara cavab verib:

“Hökumət belə bir saziş imzalamayıb”.