İraqın baş nazirindən etiraf

İraqın baş nazir səlahiyyətlərini icra edən Adil Abdul Mehdi parlament qarşısında çıxışı zamanı ABŞ-ın Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaniyə qarşı həyata keçirilən əməliyyat barədə İraq hökumətini öncədən məlumatlandırdığını açıqlayıb.

İraqın baş nazirindən etiraf
https://peyk.az

“Əl-Ərəbiyə” telekanalının verdiyi məlumata görə, Baş nazir deyib ki, ABŞ əməliyyatdan bir neçə dəqiqə əvvəl bu barədə İraq hökumətini məlumatlandırıb. A.A. Mehdi onu da bildirib ki, İraq hökuməti bu addıma qarşı çıxıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və onun yaxın silahdaşları öldürülüb.