İraqlılar öldürülən general Qasım Süleymani ilə belə vidalaşır

İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani Bağdad aeroportuna endirilən raket zərbəsi nəticəsində həlak olması ilə bağlı ölkədə 3 günlük matəm elan olunub.

Peyk.az xəbər verir ki, ABŞ hücumu nəticəsində öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani və "Haşdi Şəbi" təşkilatının vitse-prezidentinin köməkçisi Əbu Mehdi əl-Mühəndis və həyatını itirən digər 6 adam üçün Bağdadda bu gün cənazə mərasimi təşkil edilir.

Mərasim on minlərlə İraqlı iştirak edir. Tədbir iştirakçıları ABŞ-ın və İsrailin əleyhinə şüarlar səsləndiriblər. Amerika və İsraildən qisas alınacağını deyirlər.

Cənazə mərasimində İraq Ali Şurasının spikeri Şeyx Hammam Hamoudi və İraqın bir sıra siyasi və hərbi rəhbərləri və komandirləri, o cümlədən Əl-Qa'ninin Nuri əl-Maliki koalisiyası və Parlamentin vitse-prezidenti Həsən əl-Kaabi də iştirak edir.

Bununla belə, hazırda İranın Tehran və digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilir və generalın evi ziyarət olunur. Aksiya iştirakçıları general Qasım Süleymaninin qisasının alınmasını tələb ediblər.