“İşğal başa çatanadək…” – Gürcüstandan şok rus qadağası

“Rusiyanın maraqlarına xidmət edən istənilən mərkəzin açılması hazırda Gürcüstan üçün qəbuledilməzdir”.

“İşğal başa çatanadək…” – Gürcüstandan şok rus qadağası
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib.

Spiker Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Tiflisdə Rus Dili və Mədəniyyəti Mərkəzinin açılacağı ilə bağlı iddiasına cavab verib:

“İşğal bitməyincə və rus qoşunları Gürcüstandan ayrılmayana qədər heç bir güzəştə getməyəcəyik. Xüsusilə Rusiyanın yumşaq güc siyasətinə və rus təbliğatına qarşı mübarizəni gücləndirdiyimiz vaxtda heç bir güzəştdən söhbət gedə bilməz”.